Diyarbəkirdə 14 yaşlı lisey şagirdi imkansızlıqdan məktəb forması ala bilmədiyi üçün məktəb direktoru tərəfindən məktəbə butaxılmayıb.
Tehsil.biz haberler.com-a istinadən xəbər verir ki, uşağın atası məsələ ilə bağlı vilayətin Milli Təhsil Müdirliyinə şikayət edib. Onlar da məsələni nəzarətə alıblar. "Formasızlar çölə çıxsın" deyə direktorun tələbindən sonra uşaq iki gün məktəbə gedə bilməyib. Milli.az