Türkiyənin Muğla vilayətinin Göyova körfəzinin ərazisində orta əsr qalasına aid olan tunel tapılıb.
Qazıntı işləri Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılır.
Qeyd olunur ki, ümumilikdə sözügedən ərazidə yaşı təxminən 2 700 il əvvələ qədər gedib çıxan yaşayış məskənləri mövcud olub.
Ərazidə artıq bir ilə yaxındır ki, arxeoloji qazıntı işləri aparılır.
Mənbə: “Anadolu” agentliyi