07.10.2021-ci il tarixində 74 saylı məktəbin akt zalında Sabunçu rayon nailiyyət qazanmış idmançıları ilə ümumtəhsil müəssisələrinin şagirdləri arasında görüş keçirilib.
Tehsil.biz xəbər verir ki, Sabunçu rayonundan olan MMA idman növü üzrə bir çox respublika və beynəlxalq turnirlərin qalibləri Şəhriyar Abbasov, Bəxtiyar Abbasov və Nəriman Abbasov tədbirdə iştirak ediblər.
Tədbirin gedişatında şagirdlərə maraqlı olan suallar idmançılar tərəfindən cavablandırılıb.
Sonda idmançılar ilə şagirdlər xatirə şəkli çəkdiriblər.