AMEA İqtisadiyyat İnstitutunun Həyat səviyyəsinin sosial-iqtisadi problemləri şöbəsinin müdiri dosent Rəsmiyyə Abdullayeva Türkiyənin Aydın Adnan Menderes Universitetinin Malta Universiteti ilə birlikdə keçirdiyi II Beynəlxalq Tətbiqi Sosial Elmlər Konqresində qonaq qismində iştirak edib.
Bu barədə Tehsil.biz-ə İqtisadiyyat İnstitutundan məlumat verilib. Bildirilib ki, Rəsmiyyə Abdullayeva beynəlxalq konqresdə “Rəqəmsallaşmanın sosial faydaları” mövzusunda məruzə ilə çıxış edib.
Konqresdə 5 qitədən 30 ölkənin elm adamları təmsil olunub.