Logo

ADPU rəhbərliyi doktorant və dissertantlarla görüş keçirib

08.10.2021 12:59 398 baxış
IMG

Oktyabrın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov və elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanovali təhsil müəssisəsinin doktorantvə dissertantları ilə görüş keçiriblər.

Tehsil.biz xəbər verir ki, görüşdə tədqiqat mövzuları, elmi rəhbərlərlə iş və sair məsələlər ətrafında müzakirələr aparılıb. Rektor tədqiqat şəraiti ilə tanış olub.

Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq məktublarına əsasən 2021-ci il üçün ADPU-da fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya, elmlər doktoru proqramı üzrə dissertanturaya qəbulla bağlı «Azərbaycan» qəzetində elan dərc edilmiş, elektron qaydada sənəd qəbulu aparılmışdır. 2021-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 19 yer, dissertanturaya 7 yer, elmlər doktoru proqramı üzrə dissertanturaya isə 7 yer ayrılmışdır. 

Planda nəzərdə tutulmuş ixtisaslar üzrə xarici dil imtahalarını mərkəzləşdirilmiş qaydada Dövlət İmtahan Mərkəzind müvəffəqiyyətlə keçən 6 nəfər (fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 5 nəfər, dissertanturaya 1 nəfər) qeydiyyatdan keçmişdir. Sənədlər araşdırılmış, fəlsəfə doktoru proqramı üzrə doktoranturada 4 nəfər, dissertanturada 1 nəfər növbəti mərhələyə buraxılmışdır.  

ADPU-nun rektoru professor Cəfər Cəfərovun müvafiq əmrlərinə əsasən yaradılmış müvafiq komissiyalar tərəfindən 2-14 sentyabr 2021-ci il tarixlərində fəlsəfə və ixtisas fənlərindən qəbul imtahanları keçirilmiş və müsahibə aparılmışdır. 

Müsahibə və imtahanların nəticələri əsasında fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 4 nəfər, dissertanturaya isə 1 nəfər  qəbul olunmuşdur.

Xəbər lenti