Logo

Daha bir müəllim Vətənimizin bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub

23.11.2020 17:03 911 baxış
IMG

Daha bir müəllim Vidadi İsrafilov Vətənimizin bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub.

 

Tehsil.biz xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyinin feysbuk səhifəsində paylaşım edilib. Şəhidin Daşkəsən rayonu Gurbulaq kənd ümumi orta məktəbində riyaziyyat müəllimi işlədiyi bildirilir. O, Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.

 

“Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi şəhidimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir”,- deyə paylaşımda qeyd olunub.

Xəbər lenti