Logo

“Övladının əlindən tut” layihəsinin ilk seminarı uğurla başa çatıb

23.11.2020 16:46 462 baxış
IMG

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 4-cü qrant müsabiqəsi çərçivəsində Daşkəsən şəhəri Anar Mürsəlov adına 2 saylı tam orta məktəbin müəllimi Türkan Məcidovanın “Övladının əlindən tut” layihəsi çərçivəsində ilk seminarı uğurla keçirilib.

 

Layihə rəhbəri  bildirib ki, seminar mövcud vəziyyətlə əlaqədar olaraq “Zoom” proqramı üzərindən təşkil olunub. Onlayn tədbirdə Türkan Məcidova qarşıya qoyulan məqsəd, şagirdlərə valideyn-müəllim dəstəyinin verilməsi, onların cəmiyyətə inteqrasiyası, təhsil alanlara psixoloji və mənəvi dəstəyin göstərilməsi məsələlərindən bəhs edib.

 

Seminarda Daşkəsən şəhəri Anar Mürsəlov adına 2 saylı tam orta məktəbin rəhbəri, müəllimləri və layihəyə uyğun olaraq 25 valideyn iştirak edib. Çıxış edən müəllimlər valideyn dəstəyi ilə uğur qazanılmasını, şagirdlərdə özünə inam hissinin yaradılmasının vacibliyini qeyd ediblər. Həmçinin valideynlərin sualları cavablandırılıb.

Xəbər lenti