Logo

BDU aliminin məqaləsi yüksək impakt faktorlu Q2 kateqoriyalı beynəlxalq jurnalda dərc edilib

08.10.2021 14:05 648 baxış
IMG

Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində həmmüəllifi olduğu məqalə çap olunub. Məqalə “Mediterranean Journal of Mathematics” 1.400 yüksək impakt faktorlu Q2 kateqoriyalı jurnalda dərc edilib. (https://www.springer.com/journal/9)

“Metrik fəzalarda dəyişən dərəcəli Morri fəzalarında predkompakt çoxluqlar” adlı məqalədə metrik fəzada və məhdud çoxluqda dəyişən dərəcəli Morri fəzasında verilmiş çoxluq ailəsinin predkompakt olması üçün zəruri və kafi şərtlər tapılıb. Dəyişən dərəcəli Lebeq fəzasından fərqli olaraq dəyişən dərəcəli Morri fəzasında verilmiş çoxluğun predkompakt olması əlavə şərtlərin qoyulmasını  tələb edir. Bu xarakteristika həm də sabit dərəcə halında yenidir.

Məqaləni oxumaq üçün linkə keçid edin:

https://link.springer.com/article/10.1007/s00009-021-01828-z

Xəbər lenti