İmişli şəhər 2 nömrəli tam orta məktəbdə şagirdlərin Qarabağ müharibəsinin iştirakçıları ilə görüşü keçirilib.
Tehsil.biz xəbər verir ki, görüşdə Qarabağ müharibəsinin iştirakçıları şagirdlər qarşısında çıxış edərək müharibədə göstərdikləri qəhrəmanlıqdan, torpaqlarımızın xain düşmənlərdən azad edilməsindən danışıblar.
Sonda məktəbin şagirdləri Həsən Atakişizadə, Atakişizadə, Nurlana Səriyyə Hüseynova qəhrəmanlıq və Vətən haqqında şeirlərlə səsləndiriblər.