Logo

BDU-da "Blackboard” elektron təhsil sisteminin tətbiqi üzrə təlimlərin iştirakçılarına sertifikatlar təqdim olunub

08.10.2021 14:48 386 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) "Blackboard” elektron təhsil sisteminin tətbiqi ilə bağlı təşkil edilən təlimlərinin iştirakçılarına sertifikatların təqdimedilmə mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, "Blackboard” - tədrisin idarəedilməsi proqramının istifadəsi BDU-da “Blackboard EdTech” ekosisteminə daxil olan “bulud platforması” vasitəsilə tələbələrin və müəllimlərin elektron məlumat bazasının yaradılması, tədris prosesinin və təhsilin məzmununun elektron idarəedilməsi, elektron qiymətləndirmə və digər tədris proseslərinin elektronlaşdırılmış həllinə imkan yaradır. Rektor hibrid dərs modeli haqqında məlumat verib, bu sistemin BDU-da uğurla tətbiq edilməsindən söz açıb.

ADA Universitetinin tədris üzrə prorektoru Vəfa Kazdal “Blackboard” Azərbaycanın ADA Universiteti də daxil olmaqla, dünyanın bir çox universitetlərində istifadə edildiyindən bəhs edib. Bildirib ki, sistem universitetdə beynəlxalq təcrübənin tətbiqinə, e-təhsilin təkmilləşdirilməsinə  və təhsil xidmətlərinin keyfiyyətinin artırılmasına şərait yaradır.

Rektorun strateji inkişaf və əlaqələr üzrə müşaviri Əli Nağıyev qeyd edib ki,  “Blackboard” üçün mühüm yerli tərəfdaşlardan biri hesab edilən BDU-da şirkət tərəfindən təklif olunan xidmətlərin böyük əksəriyyəti tətbiq edilir.

"Blackboard” elektron təhsil sisteminin təlimçisi Basel Abu-Khiran qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu ifadə edib, yaradılan şəraitə görə Universitet rəhbərliyinə təşəkkürünü bildirib.

Sonra təlim iştriakçılarına sertifikatlar təqdim olunub, xatirə fotosu çəkilib.

Xəbər lenti