ADA Universitetinin akademik tərəfdaşlıq etdiyi təhsil ocaqlarının sayı artır.
Tehsil.biz xəbər verir ki, universitet Türkiyənin Boğaziçi Universiteti ilə Anlaşma memorandumu və Tələbə mübadiləsi sənədi imzalayıb.
Bununla da ADA-nın Türkiyədə yerləşən tərəfdaş universitetlərinin sayı 13-ə çatıb.
Sənədi ADA-nın Akademik işlər üzrə prorektoru Dr. Vəfa Kazdal və Boğaziçi Universitetinin prorektoru Dr. Gürkan Selçuk Kumbaroğlu imzalayıblar.