Logo

Tarixdə bu gün 24 NOYABR

24.11.2020 09:29 72 baxış
IMG

Əhəmiyyətli hadisələr

  • 1642 — Holland səyyahı Abel Tasman Avstraliya ətrafında adalar qrupunu kəşf edib. Bu ərazi sonradan onun şərəfinə Tasmaniya adaları adlandırılıb.
  • 1798 — Fransada əmlak vergisinə əlavə olaraq “Qapı və pəncərə vergisi” də tətbiq edilib.
  • 1859 — Çarlz Darvinin “Növlərin mənşəyi” kitabı nəşr edilib. Kitabın ilk tirajı bir gündə satılıb.
  • 1928 — Türkiyə Böyük Millət Məclisi Qazi Mustafa Kamala “Baş müəllim” dərəcəsi verib.
  • 1934 — Soyad qanunu qəbul edildikdən sonra Türkiyə prezidenti Qazi Mustafa Kamala Atatürk adı verilib.
  • 1945 — BMT rəsmən fəaliyyətə başlayıb. Təşkilatın Nizamnaməsi ratifikasiya olunub.
  • 1951 — Fransız tədqiqatçısı kapitan İv Kusto ilk dəniz səyahətinə çıxıb.
  • 1961 — BMT nüvə silahından istifadəni qadağan edən qətnamə qəbul edib.
  • 1969 — ABŞ və SSRİ nüvə silahını yaymamaq haqqında saziş imzalayıb.
  • 1995 — Azərbaycan Respublikası Bruney ilə diplomatik əlaqələr qurmuşdur.
  • 1988 — Sovet rəhbərliyinin qərarı ilə Azərbaycan SSR-in Bakı, Sumqayıt və Gəncə şəhərlərində komendant saatı tətbiq edilib.
  • 1992 — ABŞ Konqresi “Azadlığı Müdafiə Aktı”na 907-ci əlavəni qəbul edib.
  • 2006 — Mehriban Əliyeva İSESKO-nun Xoşməramlı Səfiri adına layiq görülüb.

Doğumlar

  • 1632 — Benedikt Spinoza - filosof.
  • 1729 — Aleksandr Suvorov - rus sərkərdəsi, (bəzi mənbələrdə onun 1830-cu ildə anadan olduğu göstərilir)
  • 1937 — Ağacan Abıyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 1987-ci ildən 2015-ci ilədək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, texnika elmləri namizədi, professor, Azərbaycanın əməkdar elm xadimi, Beynəlxalq Elmlər Akademiyasının üzvü.
  • 1963 — Ziyafət Əsgərov - 2005-ci il dekabrın 2-dən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini. Hüquq elmləri namizədi, professordur.
  • 1966 — Vüqar Qaradağlı - müəllim, alim, jurnalist, Əməkdar jurnalist, BDU-nun dosenti.
  • 1969 — Pərviz Şahbazov - Azərbaycan Respublikasının Energetika naziri.
  • 1994 — Çingiz Qurbanov - Azərbaycanın Milli Qəhrəmanı
  • 2005 — Fidan Hüseynova — Azərbaycan müğənnisi.

Ölümlər

  • 1991 — Freddi Merkuri (Fərrux Bülsara) - иritaniyalı rok ifaçısı, məşhur Kuin (Queen) rok qrupunun ifaçısı və yaradıcısı.
  • 2001 — Səyavuş Şəfiyev - aktyor, “Əhməd haradadır” filmində baş rolun ifaçısı.
  • 2011 — Elxan Qurbanov - Azərbaycan aktyoru.

Xəbər lenti