Sosial şəbəkələrdə maraqlı bir videosüjet yayılıb.
Tehsil.biz xəbər verir ki, həmin sujetdə dünyanın bir sıra ölkələrində təhsil almış azərbaycanlılar və İranda təhsil almış azərbaycanlıların şəkilləri, məlumatları öz əksini tapır.
Videodan da görünür ki, dünyanın bir sıra qabaqcıl universitetlərində təhsil alan azərbaycanlı gənclər müxtəlif ölkələrdə mütəxəssis kimi çalışaraq ölkəmizi təmsil edir, savadlı kadr kimi vətənə qayıdaraq fəaliyyətlərini davam etdirirlər. İranda təhsil alan gənclərin əksəriyyəti isə müxtəlif yollarla təhsildən uzaqlaşdırılır, qanunsuz silahlı birləşmələrə cəlb edilir. (Bizimyol.info)