Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların siyahısında dəyişiklik edilib.
Tehsil.biz xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yeni qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Kooperasiya Universitetində fəlsəfə doktoru ilə yanaşı, elmlər doktoru proqramı üzrə də doktoranturaya qəbul aparılacaq.