Rays Universitetinin (ABŞ) astronomları 21 dekabrda günəş batandan sonra gecə səmasında Yupiter və Saturnun bir-birlərinə minimum məsafədə yaxınlaşacağını hesablayıblar.
Tədqiqatçılardan biri Patrik Hartiqanın dediyinə görə, bu planetlər arasındakı yaxınlaşma təxminən 20 ildə bir dəfə baş verir, lakin orta əsrlərdən bəri onlar bir-birlərinin bu qədər yaxınlığından keçməyiblər.
“Gecə səmada görünən bu obyektlərin daha yaxın mövqeyini izləmək üçün 4 mart, 1226-cı ilin sübh vaxtına qayıtmalı olacaqsınız”, – deyə qeyd olunur.
Bildirilir ki, hava şəraiti imkan verərsə, bu qeyri-adi hadisə Yerin hər tərəfindən müşahidə oluna bilər, lakin bunun üçün ən münasibi ekvatora yaxın yerlər olacaq.