Logo

Oktyabrın ilk həftəsində UNEC-də bakalavriat səviyyəsində 5623 dərs təşkil edilib

10.10.2021 10:06 394 baxış
IMG

Oktyabrın ilk həftəsində UNEC-də bakalavriat səviyyəsində 5623 dərs təşkil edilmiş, 1886 və ya 33.5% dərs onlayn, 3737 və ya 66,5% dərs isə offlayn keçirilmişdir.

Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib.

Bildirilib ki, auditoriya fondundan ən yüksək  istifadə göstəricisi 59% olmaqla, həftənin I günü saat 09.40 – 10.40-da olmuşdur. Həmin saatda 159 auditoriyada dərslər təşkil edilmişdir.

Offlayn tədris zamanı qruplarda orta hesabla  28 tələbə olmuşdur. UNEC üzrə ən yüksək tələbə sıxlığı da  həftənin I günü saat 09.40-10.40-da olmuşdur. Həmin vaxtda dörd tədris binasında dərslərdə orta hesabla  4452  tələbə iştirak etmişdir ki, bu da bir növbəyə hesablanan tələbə sayının 72%-ni təşkil edir. 

UNEC-dən verilən məlumatda qeyd olunub ki, 4-7 oktyabrda onlayn dərslərdə tələbələrin iştirak (04.10.2021 istisna olmaqla) 80 faizdən yüksək olmuşdur. 05.10.2021 tarixində onlayn dərslər 98.1%, offlayn dərslər isə 91.3%, 06.10.2021-ci ildə müvafiq olaraq 98.9% və 93.2 %, 07.10.2021-ci ildə 97.4% və 87.9 % baş tutmuşdur.

Xəbər lenti