Logo

Serbiyada Üzeyir Hacıbəylinin xatirəsi anılıb

24.11.2020 10:58 244 baxış
IMG

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin vəfatının yetmiş ikinci ildönümü münasibətilə Serbiyanın Novi Sad şəhərindəki abidəsi önünə əklil qoyulub.

 

Bu barədə Azərbaycanın Serbiyadakı səfirliyinin “Twitter” səhifəsində yazılıb.

 

Mərasimdə ölkədə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları və tanınmış diaspor xadimləri iştirak ediblər. Üzeyir Hacıbəylinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Xəbər lenti