Logo

Azərbaycan alimi beynəlxalq konfransın texniki komitəsinin üzvü seçilib

24.11.2020 11:08 122 baxış
IMG

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev Kompüter Elmləri və İnformasiya Texnologiyaları üzrə Avropa Konfransının (European Conference on Computer Science and Information Technology – ECCSIT 2021) texniki komitəsinin üzvü seçilib.

 

İnstitutdan Tehsil.biz-ə bildirilib ki, iyulun 9-11-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək konfrans süni intellekt, avtomatlaşdırılan proqram mühəndisliyi, bioinformatika, kompüter qrafikası və virtual reallıq, kompüter şəbəkələri, Data Mining, rəqəmsal kitabxana, e-ticarət və e-idarəetmə, ekspert sistemlər, insan-kompüter qarşılıqlı əlaqəsi, neyroşəbəkələr, proqramlaşdırma dilləri, sistem təhlükəsizliyi və s. mövzuları əhatə edir.

Xəbər lenti