Logo

Naxçıvan Dövlət Universitetinin tələbələri rəsm müsabiqəsində fəal iştirak ediblər

24.11.2020 11:59 2362 baxış
IMG

Mənəvi Dəyərlərin Təbliği Fondu, Sənətşünaslığın Təbliği İctimai Birliyi Azərbaycan Rəssamlıq Akademiyasının birgə təşkil etdiyi “Aprel döyüşləri və Samir Kaçayev” adlı rəsm müsabiqəsi təşkil edilib. Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsi tələbələrinin qatıldığı sərgidə vətənpərvərlik ruhunda rəsm əsərləri yer alıb. Ali təhsil ocağının Təsviri incəsənət ixtisası üzrə II kurs tələbəsi Elnur Seyidov, həmin ixtisas və kurs üzrə Türkan Əsədova və Rəngkarlıq ixtisası üzrə IV kurs tələbəsi Sunay Nadirov müsabiqədə fəal iştirak ediblər. “Aprel döyüşləri və Samir Kaçayev” sərgisində həvəsləndirici yerləri tutan tələbələr diplom və pul mükafatı ilə təltif olunublar.

Xəbər lenti