Logo

Sumqayıt məktəbində şəhidin anım günü ilə bağlı tədbir keçirilib

10.10.2021 17:53 903 baxış
IMG

Sumqayıt şəhər 5 nömrəli tam orta məktəbdə II Qarabağ müharibəsində şəhid olmuş Kərim Əhmədəliyevin anım günü ilə bağlı tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə məktəb rəhbərliyi, müəllim kollektivi, I Qarabağ müharibəsi qazisi İlham Zəkiyev, eləcə də Qarabağ müharibəsi iştirkaçıları: Məhəmməd Əliyev, Anar Şəfiyev, Azim Nuriyev, Nəbi Kazımzadə, həmçinin şəhidin ailə üzvləri iştirak edib.

Anım tədbiri Azərbaycan Respublikasının  Dövlət Himni səsləndirilməsilə başlanıb, daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Məktəbin 3a sinfi vətənpərvərlik mövzusunda şeirlər səsləndirmiş və maraqlı səhnəciklərlə çıxış ediblər.

Xəbər lenti