Logo

ADBTİA-da Complex Core+ təlimi

10.10.2021 18:55 804 baxış
IMG

Avstriyanın “ComplexCore+” şirkətinin rəhbər şəxsləri Roman Yahoda və Tomas Taro Netzer tərəfindən oktyabrın 9-10-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri və Elmi-tədris laboratoriyasının əməkdaşları üçün üçsəviyyəli “ComplexCore+” təlimi keçirilib.

Tehsil.biz xəbər verir ki, “ComplexCore+” proqramı məşq və bərpa terapiyası üçün fiziki hərəkətləri seçmək və planlaşdırmaqda dəstək göstərir.

“ComplexCore+” bədən gövdəsi, yuxarı və aşağı ətrafların mobilliyinə, stabilliyinə və çevikliyinə xüsusi diqqət ayırır, eləcə də spesifik məqsəddən asılı olaraq gövdə, yuxarı və aşağı ətraf əzələlərini koordinasiyalı şəkildə aktivləşdirən kombinə olunmuş fiziki hərəkətlər təqdim edir.

Təlimin nəzəri hissəsində funksional anatomiya üzrə təməl biliklər, eləcə də hərəkətin skrininqi və motor bacarıqların qiymətləndirilməsi tədris olunur.

Təcrübi hissədə reabilitasiya, zədələlərin profilaktikası, idman göstəricilərinin yaxşılaşdırılması kimi müxtəlif məqsədlər üçün 3000-dən çox müxtəlif fiziki hərəkətlər təqdim edilir.

Xəbər lenti