Logo

BDU alimləri “Web of Science” bazasının rəyçiləri sırasında ilk onluqdadır

25.09.2020 16:01 504 baxış

“Clarivate Analytics” şirkətinin “Web of Science” qrupuna daxil olan “Publons” alt qrupu “Web of Science” bazasına daxil olan nüfuzlu jurnallara təqdim olunan məqalələrə müsbət və ya mənfi rəy yazan alimlərin faliyyətini araşdırır və hər ölkə üzrə son 1 ildə rəy yazan alimlərin siyahısını dünya elmi ictimaiyyətinə təqdim edir.

Azərbaycan üzrə təqdim olunan siyahıda Bakı Dövlət Universitetinin alimlərinin fəaliyyəti yüksək qiymətləndirilib. Universitetin alimlərindən Əməkdar elm xadimi, Cəbr və həndəsə kafedrasının müdiri, professor Arif Səlimov, Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının müdiri, professor Rasim Alosmanov və  Kimya fakültəsinin "Yüksəkmolekullu birləşmələr kimyası" kafedrasının dissertantı Solmaz Əliyeva bu siyahıda ilk 10-luqdadır.

Ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:

https://publons.com/researcher/?country

Xəbər lenti