Logo

Eksternat imtahanlarının vaxtı müəyyənləşib

24.11.2020 12:16 73 baxış
IMG

Bakı şəhəri üzrə eksternat qaydasında aralıq imtahanları 2020-ci il dekabrın 28-dən 2021-ci il yanvarın 16-dək paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.

 

Bu barədə Tehsil.biz-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə bitirə bilməyən şəxslər üçün eksternat qaydasında aralıq imtahanları üçün onlayn sənəd qəbulu isə dekabrın 18-dək davam edəcək.

 

Eksternat imtahanlarında iştirak etmək istəyən şəxslər müvafiq sənədləri [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

 

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

Xəbər lenti