Qərbi Kaspi Universitetinin “Ekologiya və ətraf mühit” kafedrası 04-10 oktyabr Beynəlxalq Kosmos Həftəsi çərçivəsində “Aerokosmik tədqiqat üsulları” adlı elmi seminar təşkil edib.
Bu barədə Tehsil.biz-ə universitetdən məlumat verilib.
Bildirilib ki, coğrafiya üzrə fəlsəfə doktoru Natəvan Cəfərova tələbələrə Uzaqdan aerokosmik (Yer və ya digər kosmik cisimlərin hava və kosmik vasitələrin istifadə olunduğu xeyli məsafədə öyrənilməsi), həmçinin hava üsulları (təyyarələrdən aparılmış vizual müşahidə metodları; hava fotoqrafiyası, əsas növ - 1930-cu illərdən bəri hava fotoqrafiyası - topoqrafik tədqiqatın əsas metodu) və kosmik metodlar (vizual müşahidələr: atmosferin, yerin səthinin, torpaq obyektlərinin vəziyyətinin birbaşa müşahidələri) barəsində məlumat verib.