2021-2022-ci tədris ili üçün ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbulda Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində İnşaat Kollecinə ən yüksək keçid balı dövlət sifarişi əsasında yer quruluşu və daşınmaz əmlakın kadastrı ixtisası üzrə 148.0 bal olub.
Tehsil.biz xəbər verir ki, bu barədə məlumat “Abituriyent” jurnalının xüsusi buraxılışında yer alıb. Bildirilib ki, kollecdə ən aşağı keçid balı isə istilik təchizatı və istilik texnikası avadanlıqları ixtisası üzrə (ödənişli əsaslarla) 100.0 bal olub.