Logo

Bakı Xoreoqrafiya Akademiyası qanunlara qarşı çıxır? - ŞİKAYƏT

24.11.2020 13:13 883 baxış
IMG

Bakı Xoreoqrafiya Akademiyası cəbhə bölgəsində internet məhdudiyyəti olduğu halda həmin bölgələrdə yaşayan tələbələrdən onlayn dərslərə qoşulmalarını məcbur edir.

 

Bu barədə tələbələrin Tehsil.biz saytına şikayətlərində bildirilir.

 

Tələbələrin verdiyi məlumata görə, cəbhəyanı bölgələrdə internetin olmadığı halda onlardan onlayn dərslərə qoşulmaları tələb olunur və əks halda dərslərdə iştirak etmədikləri nəzərə alınmır, dərs davamiyyətləri aşağı hesab edilir.

 

Qeyd edək ki, Qarabağ uğrunda gedən döyüşlər səbəbi ilə ölkəmizdə internet məhdudlaşdırılmış, daha sonra məhdudiyyət aradan qaldırılsa da, bu, cəbhəyanı bölgələrə aid edilməyərək öz məhdudiyyətini saxlamışdır və hal-hazırda bu bölgələrdə internetə giriş mümkün deyil.

 

Akademiyadan Tehsil.biz-ə bildirilib ki, məlumat tamamilə əsassızdır. Təhsil Nazirliyi isə telefonlara cavab vermədiyi üçün çox güman ki, problemlərdən xəbərsizdir.

Xəbər lenti