Logo

"44 günlük Zəfər Yolu" adlı inşa-yazı müsabiqəsi keçirilir - ELAN

11.10.2021 13:13 1705 baxış
IMG

ELAN 1

Odlar Yurdu Universitetinin və Odlar Yurdu Kollecinin tələbələri arasında qələbənin bir illiyinə həsr olunmuş "44 günlük Zəfər Yolu" adlı inşa-yazı müsabiqəsi keçirilir. 

İştirak etmək istəyən tələbələr göstərilən mövzuda yazdığı inşanı oktyabrın 20-dək [email protected] elektron poçtuna göndərə və ya müsabiqənin məsul şəxsləri olan TEC-nin sədri Arzu Cəfərzadəyə və ya Günay Yusifovaya təqdim edə bilərlər. 

Tədqim olunan inşaları universitet rəhbərliyinin təyin etdiyi münsiflər heyəti noyabr ayının 5-dək yoxlayaraq qalibləri təyin edəcəkdir. I, II və III yerin qalibləri rəhbərlik tərəfindən 8 noyabr tarixində keçiriləcək tədbirdə Odlar Yurdu Universitetinin fəxri fərmanı ilə təltif olunacaqlar. 

Elan 2

Odlar Yurdu Universitetinin və Odlar Yurdu Kollecinin tələbələri arasında qələbənin bir illiyinə həsr olunmuş "44 günlük Zəfər Yolu" adlı rəsm və dizayn müsabiqəsi keçirilir. 

İştirak etmək istəyən tələbələr göstərilən mövzuda əl işlərini oktyabrın 20-dək TGT-yə və ya Dizayn mərkəzinə təqdim edə bilərlər. 

Tədqim olunan əl işlərini universitet rəhbərliyinin təyin etdiyi münsiflər heyəti noyabr ayının 5-dək yoxlayaraq qalibləri təyin edəcəkdir. I, II və III yerin qalibləri rəhbərlik tərəfindən 8 noyabr tarixində keçiriləcək tədbirdə Odlar Yurdu Universitetinin fəxri fərmanı ilə təltif olunacaqlar. Eyni zamanda təqdim edilən əsərlər həmin gün təşkil olunan sərgidə nümayiş etdiriləcək.

Elan 3

Odlar Yurdu Universitetinin və Odlar Yurdu Kollecinin 1-ci və 2-ci kurs tələbələri arasında qələbənin bir illiyinə həsr olunmuş "44 günlük Zəfər Yolu" adlı bədii qiraət (şeir və təmsil), solo ifa (mahnı oxuma, musiqi alətlərində ifa), rəqs, aktyorluq (monoloq, etüd, ŞHK və s.) və natiqlik müsabiqəsi keçirilir. 

İştirak etmək istəyən tələbələrin 11:00-dan 14:00-dək akt zalında olmaları xahiş olunur.

Həmin gün münsiflər heyəti tərəfindən seçilən tələbələr 8 noyabr tarixində keçiriləcək tədbirdə, eyni zamanda universitetin digər tədbirlərində və respublika müsabiqələrində iştirak etmək hüququ qazanacaqlar.

Xəbər lenti