Logo

DİM-də kimya fənni üzrə işçi qrupunun növbəti iclası keçirilib

24.11.2020 16:18 101 baxış
IMG

24 noyabr 2020-ci il tarixində Dövlət İmtahan Mərkəzində kimya fənni üzrə işçi qrupunun növbəti iclası keçirilib.

 

İclasın gündəlik məsələsi kimya fənni üzrə üç tapşırıqlı situasiyaların tərtibinə dair tələblər olub. İclasda situasiya tapşırıqlarının tərtibi qaydaları, tapşırıqların məzmunu, bu tapşırıqlar vasitəsilə abituriyentlərdə hansı bilik və bacarıqların yoxlanılmasının mümkünlüyü müzakirə edilib. İclas iştirakçıları nümunə kimi təqdim olunmuş bir neçə situasiya tapşırığına irad və təkliflərini bildiriblər.

 

Növbəti iclasda (1 dekabr 2020-ci il tarixində) müzakirələr davam etdiriləcək. 

Xəbər lenti