Logo

BDU-nun tələbələri şəhid Vüqar Məmmədovun məzarını ziyarət ediblər

11.10.2021 15:06 367 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin tələbələri İlahiyyat fakültəsinin məzunu olmuş şəhid Vüqar Məmmədovun ildönümü münasibəti ilə şəhidin məzarını ziyarət ediblər.

Tehsil.biz xəbər verir ki, ziyarətdə Şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusifli və fakültə Tələbə Həmkarlar Təşkilatının fəalları iştirak ediblər. Tələbələrə şəhidin tələbəlik illəri, döyüş yolu, şəhadət zirvəsinə yüksəlməsi barədə məlumat verilib, məzarı üzərinə güllər düzülüb, ruhuna dualar oxunub.

Qeyd edək ki, şəhid Vüqar Məmmədov 2011-2015-ci illərdə BDU-nun İlahiyyat fakültəsində təhsil alıb. Aprel döyüşlərində fəal iştirak edib, 2020-ci ilin 9 oktyabr tarixində Füzuli şəhər mərkəzinin azad edilməsi uğrunda aparılan əməliyyatlarda, şiddətli döyüşlər zamanı düşmən snayperinin açdığı atəş nəticəsində şəhid olub.

Xəbər lenti