Lənkəran şəhərindəki S.Kazımbəyov adına 6 nömrəli tam orta məktəbdə gənclərin çağırışaqədərki hazırlığı fənnini tədris edən Etiram Hüseynli Qubadlıda gedən döyüşlərdə şəhid olub.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, o, 23 il pedaqoji fəaliyyətlə məşğul olub.
Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi şəhidimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir.