Logo

“44 Gün" respublika virtual yaradıcılıq müsabiqəsi davam edir

11.10.2021 16:12 581 baxış
IMG

Ümumtəhsil məktəblərinin (incəsənət təmayüllü məktəb və liseylər istisna olmaqla) şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilən "44 Gün" respublika virtual yaradıcılıq müsabiqəsinə müraciətlərin qəbulu davam edir.

Müsabiqə təsviri sənət, şeir və esse nominasiyalar üzrə 3 yaş (6-9, 10-13, 14-17) qrupunda və 3 mərhələdə onlayn platformada keçirilir.

Müsabiqə aşağıdakı mərhələlər üzrə təşkil edilib:

I mərhələ - 4-20 oktyabr 2021-ci il. Müsabiqəyə qatılmaq istəyən iştirakçılar Təsviri sənət nominasiyası üzrə əl işlərinin fotoşəklini [email protected] şeir nominasiyası üzrə videogörüntüləri [email protected] esse nominasiyası üzrə işləri [email protected] elektron poçt ünvanlarına göndərməlidir.

II mərhələ - 20 oktyabr-4 noyabr 2021-ci il. Münsiflər heyəti tərəfindən qiymətləndirilmənin aparılması və qaliblərin müəyyənləşdirilməsi.

Hər yaş qrupu üzrə I, II, III yerlərə layiq görülən iştirakçılar Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplom və hədiyyələri ilə təltif olunacaq, qalib işlər kütləvi informasiya vasitələrində geniş işıqlandırılacaq.

Müsabiqə ilə bağlı sual yarandığı halda +994 12 597 13 42 və +994 50 497 97 55 telefon nömrələri ilə əlaqə saxlanıla bilər.

Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyinin dəstəyi və  1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir.

Xəbər lenti