Logo

İsrail təlimçiləri İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Dron idarəedilməsi” üzrə təlimlərə başlayıb

11.10.2021 16:25
IMG

11 oktyabr tarixindən etibarən Peşə Təhsili üzrə Dövlət Agentliyinin və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə “Dron idarəedilməsi” üzrə təlimlərə başlanılıb.

İsrailli təlimçi tərəfindən həyata keçirilən təlimin ilk günündə seçilmiş 15 iştirakçı təlim proqramı ilə tanış olub, sözügedən sahə üzrə nəzəri biliklər əldə ediblər. 19 oktyabr tarixinədək davam edəcək təlimlərdə həm praktiki, həm də nəzəri biliklərin tətbiqi nəzərdə tutur. Belə ki, praktiki dərslər İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin istifadəsində olan 2 hektar üzüm sahəsində, nəzəri dərslər isə sözügedən təhsil müəssisəsinin təlim otaqlarında keçiriləcəkdir.

Təlimin məqsədi kənd təsərrüfatı sahəsində yüksək texnologiyaların tətbiqi üçün müvafiq istiqamət üzrə müasir dronların idarəolunmasının öyrənilməsi və yaranmış yeni ixtisaslar üçün kadr hazırlığının aparılmasından ibarətdir. Kənd təsərrüfatı dronları əkinçilyin müxtəlif sahələrində istifadə edilir. Bu texnologiyanın tətbiqi nəticəsində  işlərin sürəti və məhsuldarlıq faizi dəfələrlə artırıla bilər.

Təlimlərə cəlb olunan iştirakçılar arasında peşə təhsil müəssisələrində çalışan müəllimlər və STEAM dərslərini tədris edən müəllimlər yer almaqdadır. Təlimi uğurla bitirən iştirakçılara sertifikat təqdim olunacaq və növbəti mərhələdə müxtəlif peşə təhsil müəssisələrində müvafiq təlimlərin təşkilində təlimçi olaraq cəlb ediləcəklər.

Xəbər lenti