Logo

V qrant müsabiqəsi çərçivəsində qalib layihələrin icrası

11.10.2021 17:10 594 baxış
IMG

Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində qalib layihələrin icrası davam edir.

47 “Ümumi təhsil müəssisələri” kateqoriyası və 132 “Fərdi” kateqoriya üzrə seçilən layihələr ölkəmizin 6 şəhər, 39  rayonunda uğurla icra olunur.

Layihələr müasir tələblər baxımından təhsilalanların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına, pedaqoji işçilər üçün metodik dəstəyin təkmilləşdirilməsi, dəstəkləyici mühitin yaradılması, distant təhsildə effektivlik üçün əlçatanlıq, sağlamlıq, təhlükəsizlik, tolerantlıq kimi milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliği, məktəb idarəetməsinin təkmilləşdirilməsi və ümumilikdə 5 mövzu üzrə müxtəlif fəaliyyətləri özündə əks etdirir. Buraya istedad və yaradıcılıq meyillərinə görə təhsilalanların kurikulumdan kənar bilik və bacarıqlarının formalaşdırılması, pedaqoji işçilər üçün metodik dəstəyin təkmilləşdirilməsi, məktəbdə öyrədici mühitin formalaşdırılması, təhsilalanların məsafədən təhsilə əlçatanlığının təmin olunması, fiziki və psixososial sağlamlığın qorunması, təhlükəsizlik, milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliği, məktəb idarəetməsinin təkmilləşdirilməsi aiddir.

Qalib layihələrin məzmunu, fəaliyyətinin təşkili və layihə rəhbərlərinin öhdəlikləri pandemiya şəraitinə uyğun olaraq əyani və onlayn icra üçün uyğunlaşdırılıb.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə 2017-ci ildən həyata keçirilən müsabiqənin əsas məqsədi təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti, innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.  

Xəbər lenti