Logo

Oklahoma Dövlət Universiteti ilə ADAU arasında strateji tərəfdaşlıq sazişi imzalanıb

24.11.2020 17:58 37 baxış
IMG

ABŞ-ın Oklahoma Dövlət Universiteti (ODU) ilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında təhsil sahəsində strateji tərəfdaşlıq sazişi imzalanıb.

 

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, saziş özündə ABŞ-ın nüfuzlu təhsil müəssisələrindən biri olan ODU ilə ADAU arasında təhsil və tədqiqat sahələrində əməkdaşlığı genişləndirməklə bağlı müddəaları əks etdirir.

 

Hər iki ali təhsil müəssisəsi imzalanan sazişlə öz üzərlərinə bərabər və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq fəaliyyəti ilə bağlı öhdəliklər götürüblər.

 

Bildirilib ki, bu cür fəaliyyətlər universitetlər arasında mütəxəssis və tədqiqatçı alimlərin mübadiləsini, təlim, tədqiqat, araşdırma sahəsində əməkdaşlığı genişləndirməyi nəzərdə tutur.

 

Sazişə əsasən, ADAU-nun universitetin məzunları, professor-müəllim heyəti qəbul tələblərinə cavab verdikləri təqdirdə ODU-da təhsil alacaq. Bu zaman onlar strateji tərəfdaş olan təhsil müəssisəsinin hüquq və imtiyazlarına sahib olacaq və rezident tələbələrə verilən imtiyazlara sahib olmaq hüququ qazanacaq.

 

Gələcəkdə hər iki universitet tərəfindən müəyyən olunacaq ixtisaslar üzrə ikili diplomların verilməsi məsələsi gündəmdədir və hazırda bu istiqamətdə danışıqlar davam edir.

Xəbər lenti