Logo

Müəllimlər üçün metodik vəsaitlər hazırlanıb

11.10.2021 17:21 1573 baxış
IMG

Təhsil İnstitutu tərəfindən müəllimlər üçün metodik vəsaitlər hazırlanıb.

İnstitutdan bildirilib ki, metodik vəsaitlər “Məktəbə hazırlaşırıq” tədris resursunun, I və II sinif Azərbaycan dili tədris dili, Azərbaycan dili dövlət dili və riyaziyyat dərsliklərinin tədris prosesində istifadəsi zamanı müəllimlər üçün bələdçi rolunu oynayacaq.

Metodik vəsaitlər, həmçinin I və II sinif ingilis dili (Happy Campers) dərslik komplektlərinə daxil olan metodik vəsaitlər və audiofayllar institutun saytında təqdim olunub. Audiofayllardan müəllimlər dərs zamanı, şagirdlər isə ev tapşırığı hazırlığında istifadə bilərlər.

Xəbər lenti