İctimai TV Bakının 300 nömrəli tam orta məktəbinin müəllimi Elnarə Abdullayeva barədə süjet hazırlayıb.
E. Abdullayeva biologiya fənnini şagirdlərinə daha kreativ üsullarla tədris edir.
Belə ki, o, tədris etdiyi fənni qeyri-ənənəvi üsulla – 4D formatında keçir.
Qeyd edək ki, müəllim 2016-cı ildən “eTwinning” layihəsinə qoşulub.
Bu layihə ona dünya ölkələrində tətbiq olunan yeni dərskeçmə metodu və vərdişləri qazandırıb.