Vətən müharibəsi zamanı ön cəbhənin tarix yazan qəhrəman əsgərləri arasında universitet tələbələri də yer alır.
Onlardan biri də Mingəçevir Dövlət Universitetinin tələbəsi Hüseyinağa Quliyevdir. MDU – nun rektoru Şahin Bayramov bu barədə öz facebook hesabında paylaşım edib.
“Mingəçevir Dövlət Universitetinin (MDU) tələbəsi Quliyev Hüseyinağa Əzizağa oğlu Füzulinin erməni işğalından azad olunmasında fəal iştirak edib!
O, hazırda xidmətini Şuşa şəhərində davam etdirir!
Azərbaycan Əsgəri ilə fəxr edirik!”
Qeyd edək ki, II Qarabağ müharibəsi Azərbaycan ordusunun tam qələbəsi ilə yekunlaşdı.