Logo

Gənclərin peşəkar inkişafına yönəldilmiş tədbirlərin təşkilinə davam edir

12.10.2021 10:11
IMG

Ölkənin lider həyat sığortası şirkəti olan PAŞA Həyat ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində gənclərin peşəkar inkişafına yönəldilmiş tədbirlərin təşkilinə davam edir. 

Tehsil.biz xəbər verir ki, 6-8 oktyabr tarixlərində PAŞA Həyat şirkətinin İnsan Resursları üzrə nümayəndələri tərəfindən ADA Universitetinin tələbələri üçün 3 günlük bilik mübadiləsi sessiyası keçirilib.

İlk gün tələbələr PAŞA Həyat şirkəti ilə tanışlıq, mövcud vakansiyalar, təcrübə proqramları və digər imkanlar barədə məlumatlandırılıblar.

7 oktyabr tarixində İnsan Resursları nümayəndələri gənclərə CV formasının düzgün tərtibi, eləcə də CV-də əks olunmalı vacib amillər barədə bəhs ediblər.

8 oktyabr tarixində isə tələbələr iş müsahibəsi zamanı hansı texnikalardan istifadə edərək uğurlu nəticə əldə edə biləcəkləri barədə məlumat alıblar.

Gənclər bilik mübadiləsi zamanı əldə etdikləri praktik tövsiyələri qruplara ayrılaraq məşq ediblər.

Sonda çıxış edən nümayəndələr tələbələrə konstruktiv rəylər bildirərək tələbələrin peşəkar fəaliyyətlərinə töhfə veriblər.

Xəbər lenti