Logo

Bağça müdiri haqda cinayət işi başlandı

12.10.2021 10:17 531 baxış
IMG

Şirvan şəhər 3 nömrəli “Yasəmən” körpələr evi-uşaq bağçasının keçmiş müdiri 16 min manatdan çox pulu mənimsəyib. 

Tehsil.biz "Qafqazinfo"ya istinadən xəbər verir ki, Şirvan şəhər 3 nömrəli “Yasəmən” körpələr evi-uşaq bağçasında yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

Aparılmış araşdırma ilə qeyd edilən körpələr evi-uşaq bağçasının müdiri Elmira Səfərovanın həmin vəzifədə işlədiyi müddətdə 16 min 177 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən sui-istifadə etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (şəxs tərəfindən öz qulluq  mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Xəbər lenti