Logo

SOCAR rəhbərliyindən tələbələrə növbəti dəstək

12.10.2021 10:28 331 baxış
IMG

SOCAR və onun Cənubi Qafgaz Boru Kəməri şirkətindəki tərəfdaşları ali məktəb tələbələrinin, tədqiqatçı və mütəxəssislərin biliklərini artırmalarına, müasir akademik ədəbiyyatdan istifadə etmələrinə yardım göstərmək məqsədi ilə dünyanın ən qabaqcıl universitetlərində tədris materialı kimi istifadə olunan dərsliklərin Azərbaycan dilinə tərcüməsinin maliyyələşdirilməsini həyata keçirməyə başlayıb.

Layihə çərçivəsində “Kimya mühəndisliyi dizaynı” dərsliyinin nəşri də reallaşdırılacaq.

Kitab kimya mühəndisliyi ixtisası üzrə təhsil verən dövlət ali təhsil müəssisələrində fəaliyyət göstərən kitabxanalara təqdim ediləcək. Kitabın 2022-2023-cü tədris ilindən müəllim və tələbələrin istifadəsinə verilməsi planlaşdırılır.

Layihə çərçivəsində iqtisadiyyat və biologiya fənnləri üzrə dünyanın aparıcı universitetlərində istifadə olunan kitabların tərcüməsinə də başlanıb.

Xəbər lenti