Logo

UFAZ-ın magistr tələbələri Lahıcda elmi təcrübədə olub

12.10.2021 11:00 358 baxış
IMG

Oktyabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində yerləşən Azərbaycan-Fransız Universitetinin (UFAZ) Yer Elmləri ixtisası üzrə təhsil alan ikinci kurs magistr tələbələri Lahıcda elmi təcrübədə olub. 

Tələbələri UFAZ-ın müəllimləri, Fransadan dəvət olunmuş professorlar Cecile Robin, Marc Jolivet, UFAZ-ın Yer Elmləri üzrə koordinatorları Clara Jodry, Elşən Abdullayev, assistent Kamal Bayramov, baş katib Elizaveta Bydanova, Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun müəllimləri Tələt Kəngərli və Şəfəq Bayramova müşayiət edib.

Elmi təcrübənin ilk günündə tələbələr kəsilişin təsvirinin verilməsi, kompas vasitəsi ilə layların yatımını öyrənib və həmin kəsilişdə olan süxurların litoloji tərkibini müəyyən ediblər. Bundan əlavə kəsilişdə olan qırılmaları da təyin ediblər.

UFAZ master tələbələrinin sahə təcrübəsi 5 gün davam edəcək. Proqramın məqsədi tələbələrin əldə etdikləri elmi və nəzəri bilikləri praktik olaraq tətbiq etməkdir. Sahə təcrübəsində UFAZ-ın 15 nəfər tələbəsi iştirak edir.

Xəbər lenti