Logo

Şəhid Turqut Xəlilbəylinin valideynləri ilə görüş keçirilib 

12.10.2021 11:30
IMG

Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi tibb fakültəsində şəhid Turqut Xəlilbəylinin valideynləri ilə görüş keçirilib.

Qeyd edək ki, fakültə nəzdində yerləşən kitabxanaya Turqut Xəlilbəylinin adı veirlib. Kitabxanada, həmçinin şəhid məzunlarımıza həsr olunmuş guşələr yaradılıb. T.Xəlilbəylinin şəxsi kitabları onun guşəsində yerləşdirilib.

Fakültənin rəisi, tibb xidməti polkovniki Çingiz Əlləzov bildirib ki, şəhidimizin adını daşıyan bu kitabxana Vətən müharibəsindəki şanlı zəfərimizi və onu canı-qanı bahasına əldə edən qəhrəman oğullarımızı gələcək nəsil tələbələrimizə daim xatırladacaq.

Şəhidin atası Nadir Hüseynov çıxış edərək, Turqutun xatirəsinin əbədiləşdirilməsinə görə təşəkkür edib.

Sonra T.Xəlilbəylinin ailə üzvləri kitabxana ilə tanış olublar. 

Qeyd edək ki, Hərbi tibb fakültəsinin nəzdində yerləşən bütün mühazirə zallarına şəhid məzunların adları verilib.

Xəbər lenti