Tarixdə bu gün hansı hadisələr baş verib?
Yenisabah.az noyabrın 25-də baş verən ən mühüm hadisələrin xronologiyasını təqdim edir:
1917 - Rusiyada Müəssisan Məclisinə seçkilər keçirilib, bu seçkilərdə bolşeviklər cəmi 25% səs ala biliblər.
1936 - Almaniya və Yaponiya "Antikomintern paktı"nı imzalayıblar.
1972 - Bakıda Şıx çimərliyi yanında "Xalqlar Dostluğu" parkı salınıb.
1973 - Dövlət çevrilişi nəticəsində Yunanıstanın baş naziri Andres Papandreu hakimiyyətdən uzaqlaşdırılıb.
1977 - BMT İsrailin ərəb torpaqlarını işğal etməsini pisləyən qətnamə qəbul edib.
1991 - Moskvada Nizami Gəncəvinin abidəsinin açılışı olub.
1992 - Çexoslovakiya iki müstəqil dövlətə – Çex Respublikası və Slovakiyaya parçalanıb.
1997 - Bakıda GUAM blokunun (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) təşkil edilməsinə dair protokol imzalanıb.
2000 - Abşeron yarımadasında güclü zəlzələ baş verib, nəticədə köhnə tikililər ciddi xəsarət alıblar.
2008 - Azərbaycanda ilk dəfə dövlət büdcəsindən kütləvi informasiya vasitələrinin maliyyələşdirilməsinə vəsait ayrılıb.