Logo

Beynəlxalq olimpiadalara hazırlaşacaq şagirdlərin seçmə imtahanı keçirilib

12.10.2021 11:37
IMG

9 oktyabr tarixində Kimya-biologiya təmayüllü Respublika liseyində biologiya və fizika fənləri üzrə beynəlxalq olimpiadalara 2021-2022-ci tədris ilində hazırlaşacaq şagirdlərin seçmə imtahanı keçirilib.

Tehsil.biz xəbər verir ki, imtahan biologiya fənni üzrə 3 saat, fizika fənni üzrə 3 saat yarım dəvam edib.

Qeyd edək ki, seçmə imtahanına ötən tədris ilində Respublika fənn olimpiadalarında yüksək nəticə göstərən şagirdlər dəvət ediliblər.

Xəbər lenti