Logo

AzTU-nun məzunu, Vətən müharibəsi şəhidi Nurlan Əhmədlinin doğum günüdür

12.10.2021 14:51 695 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Nurlan Rəhim oğlu Əhmədli 12 oktyabr 1996-cı ildə  Oğuz rayonunun Xaçmaz   kəndində anadan olub.

 O, 2014-ci ildə orta  məktəbi bitirib və elə həmin il AzTU-ya qəbul olunub.

Nurlan Əhmədli 2019-cu ilin yanvarında həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ilin iyulunda xidmətini uğurla başa vurub. Vətən müharibəsi başlayanda yenidən ordu sıralarında xidmətə davam edib. Füzuli şəhərinin işğaldan azad olunmasında qəhrəmanlıqlar göstərən Nurlan Əhmədli oktyabrın 26-da Qubadlı uğrunda döyüşdə şəhidlik zirvəsinə ucalıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Xəbər lenti