Logo

Naxçıvan Dövlət Universitetində idmançı tələbələrlə görüş təşkil edilib

12.10.2021 15:05 291 baxış
IMG

Universitetin “Pedaqoji” fakültəsində I kurs tələbələri ilə fakültənin idmançı tələbələrinin görüşü keçirilib.

Tədbirdən əvvəl tələbələrin qazandıqları medal və diplomlardan ibarət sərgiyə baxış olub. Daha sonra fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev idmançı tələbələri təqdim edərək onların  bu günə kimi qazandığı nailiyyətləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. İdmançı tələbələr arasında Fəxri Qazıbəyovu xüsusi qeyd edən fakültə dekanı bildirib ki, o, həmçinin, İkinci Qarabağ savaşında iştirak edib, Şuşa, Xocavənd, Füzulinin alınmasına görə medal ilə təltif edilib. 

 Universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov ali təhsil ocağının idman sahəsində qazandığı uğurlardan söz açıb və tələbələri idman sahəsində aktiv olmağa səsləyib. İdman sahəsinə göstərilən dövlət qayğısından söhbət açan prorektor universitetdə keçirilən müxtəlif növlü idman yarışlarından danışıb.   “Bədən tərbiyəsi və idman” kafedrasının dosenti, İdman klubunun sədri, pedaqogika üzrə fəlsəfə doktoru Məmmədəli Rəhimov bildirib ki, universitetdə yüksək dərəcəli idmançıların hazırlanmasında İdman klubunun rolu çox böyükdür. Burada tələbələr mütəmadi idmanla məşğul olur, peşəkar müəllimlər tərəfindən dərs alırlar.

“Bədən tərbiyəsi və idman” kafedrasının baş müəllimi Valeh Əlixanov vurğulayıb ki, idmançı tələbələrin ölkəmizdə qazandığı uğurlarla bərabər, həmçinin, ölkə xaricində əldə etdiyi nailiyyətləri yüksək təqdirə layiqdir. Bildirilib ki, tələbələrin mütəmadi idmanla məşğul olmaları onların qazandığı uğurların bariz nümunəsidir.  Valeh Əlixanov  idmançı tələbələri təqdim edərək qeyd edib ki, onlardan karate üzrə Aslan ismayılov, Abbas Məmmədov, boks üzrə Nizami Novruzov, Kamran Allahverdiyev, kikboks üzrə Kənan Hətəmov həm yerli, həm də beynəlxalq yarışlarda uğur əldə edərək ölkəmizi layiqincə təmsil ediblər.  

 “Bədən tərbiyəsi və idman müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi, Heydər Əliyev adına təqaüdçü, Avropa mükafatçısı Aslan İsmayılov qazandığı uğurlar haqda tələbələri məlumatlandırıb, gənc idmançılar üçün muxtar respublikada yaradılan şəraitdən danışıb. 
 “Məşqçilik” ixtisası üzrə ikinci kurs tələbəsi, Vətən müharibəsi iştirakçısı Fəxri Qazıbəyov döyüş xatirələrindən danışaraq onlara vətənpərvər ruhda yetişməyi, bayrağımızı daim ucalarda dalğalandırmağı məsləhət görüb.

Xəbər lenti