Logo

Məktəblilər NDU-nun Texnologiya Mərkəzi ilə tanış olublar

12.10.2021 15:18 420 baxış
IMG

Əvvəlcə şagirdlərə universitet və Texnologiya mərkəzi haqqında məlumat verilib. Sonra Toxuculuq və Tikiş texnologiyası, Kulinariya kabinələri, Metal və ağac emalı üzrə emalatxana ilə tanışlıq olub.

Tehsil.biz xəbər verir ki, şagirdlərə xalçaçılıq və toxuculuq, tikiş texnikası, xalça nümunələri, onların toxunma qaydası, tələbələr tərəfindən hazırlanan əl işləri, milli geyimlər, süfrə mədəniyyəti, qida məmulatlarının hazırlanma texnologiyaları haqqında ətraflı məlumat verilib.

Qeyd edilib ki, “Texnologiya müəllimiyi” ixtisasında təhsil alan tələbələr burada dərslərdə öyrəndiklərini təcrübədə tətbiq edərək biliklərini möhkəmləndirirlər.
Sonra əl işlərinin satışının həyata keçirildiyi Sosial Xidmət Mərkəzi ilə tanışlıq zamanı tələbələr tərəfindən hazırlanan müxtəlif əl işlərinə baxış olub. 

Sonda çay süfrəsi arxasında şagirdləri maraqlandıran suallar cavablandırılıb. 
Qeyd edək ki, şagirdlər kabinələrlə tanışlıq zamanı verilən məlumatları təcrübədən keçirib və görüşdə fəal iştirak ediblər. Görüş iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Xəbər lenti