Logo

"İstedadlı fiziklər dərnəyi" adlı layihənin icra prosesi uğurla davam etdirilir

12.10.2021 15:41 711 baxış
IMG

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqənin qalibi olmuş "İstedadlı fiziklər dərnəyi" adlı layihənin icra prosesi uğurla davam etdirilir.
 
Tehsil.biz xəbər verir ki, layihəyə maraq göstərən və müraciət edən şagirdlərin sayı gözləniləndən çox olub.

Layihədə iştirak edən şagirdlər dərsliklərlə pulsuz olaraq təmin edilib. Layihə üzrə nəzərdə tutulan qruplara dərslər oktyabrın 4-dən başlayıb. 

Layihədə 2 qrup (A və B ) qrupu yaradılıb. A qrupu üzrə 4, 6, 8 oktyabr tarixlərində olmaqla 3 dərs, B qrupu üzrə isə 5, 7, 9 oktyabr tarixlərində 3 dərs, ümumilikdə isə 6 dərs keçirilib.

Dərslər “Fiziki hadisələr və fiziki cihazlar”, “Fiziki kəmiyyətlər və onların ölçülməsi”, “Kinematikanın əsasları”, “Düzxəttli bərabərsürətli və bərabər təcilli hərəkət” və “Çevrə üzrə bərabərsürətli hərəkət” mövuzlarında olub.

Xəbər lenti