Logo

TKTA Qazaxıstanın Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyi ilə memorandum imzalayıb

12.10.2021 18:31 241 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Qazaxıstan Respublikasının Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyi (IAAR) arasında ikitərəfli anlaşma memorandumu imzalanıb.

Tehsil.biz xəbər verir ki, memorandumun əsas məqsədi hər iki ölkə arasında təcrübə mübadiləsi, ali təhsil müəssisələrinin institusional akkreditasiyası və qiymətləndirilməsi prosesində iştirak, ehtiyac yaranarsa tərəflərə təlimlərin təşkili və eləcə də, təhsildə keyfiyyət təminatı sahəsi üzrə həyata keçirilən layihələrdə əməkdaşlıq etməkdən ibarətdir.

Müqavilədə qabaqcıl beynəlxalq təcrübənin tətbiqinə, ali təhsildə Avropa standartları və təlimatlarına əsaslanan daxili və xarici keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsinə və ali təhsil müəssisələrinin müstəqil akkreditasiyasında iştirak etməsi üçün müəllimlərdən, işəgötürənlərdən və tələbələrdən ibarət işçi qrupunun yaradılmasına xüsusi diqqət ayrılıb.

Qeyd edək ki, IAAR Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Assosiasiyanın (ENQA) tamhüquqlu üzvüdür. Belə ki, təşkilatla qurulan yaxın əməkdaşlıq münasibətləri yaxın gələcəkdə TKTA-nın da ENQA-ya tamhüquqlu üzvlüyünün əldə olunmasına müsbət təsir göstərəcəkdir.

Xəbər lenti