Logo

Naxçıvan Dövlət Universitetində müasir elmi yeniliklərlə səsləşən nəşrlər

13.10.2021 09:21 386 baxış
IMG

İnkişaf yollarında inamla, konkret hədəflər müəyyən olunmaqla, uğurlarla addımlayan Naxçıvan Dövlət Universitetində elmi araşdırmaların, çoxistiqamətli əsaslandırılmış təhlillərin və nəticə etibarı ilə səmərəli yaradıcılıq imkanlarının yaradılması çoxsaylı və çoxixtisaslı elmi nəşrlərin də işıq üzü görməsinə stimul yaratmışdır. Artıq ali məktəbimizdə elmin çoxmüxtəlif sahələri və istiqamətləri ilə bağlı nəşr olunan kitablar, dərs vəsaitləri və dərsliklər tələbələrin, elm və araşdırma adamlarımın, maraqlı şəxslərin və geniş oxucu kütləsinin stolüstü kitabları olmaqdadır. 

Bu mənada, Naxçıvan Dövlət Universitetinin professoru Teymur Abbasovun “İdarəetmə uçotu: beynəlxalq və milli uçot standartları” kitabının elmi sfera və tədris peosesləri üçün əhəmiyyəti çox böyük olacaq. 8 oktyabr tarixində Universitetimizin Elmi Kitabxanasında dərs vəsaitinin keçirilən təqdimatında da onun mahiyyəti, elmi və nəzəri səmərəliliyi barədə söz açıldı. 

Qeyd etmək olar ki, 9 fəsildən ibarət olan dərs vəsaitində idarəetmə uçotunun nəzəri metodoloji əsasları, məsrəflərin idarə olunması və təsnifatı, eyni zamanda məhsulların, işlərin və xidmətlərin maya dəyərinin kalkulyasiyasının əsasları kimi aktual məsələlər nəzərdən keçirilib. Təbii ki, bazar münasibətləri şəraitində göstərilən məsələlərin diqqətdə saxlanılması, onların idarə olunması və effektiv nəticələrə yönəlmiş proseslərin düzgün təşkili olduqca zəruridir. 

Uğurla əyata keçirilən elm və tədris tədbirləri artıq hərtərəfli dövlət qayğısı ilə əhatə olunan universitetimizin böyük inkişaf mənzərəsini yaratmaqdadır. Hörmətli Rektorumuzun rəhbərliyi ilə dinamik xarakterə malik olan bu tədbirlər Naxçıvan Dövlət Universitetindən dünyaya kəmiyyət və keyfiyyət yeniləşmələri fonunda elmi nailiyyətlər, elmi nəticələr və elmi perspektivlər təqdim etməkdədir. 

Beləliklə, ali məktəbimiz artıq elmdə və təhsildə yeni keyfiyyət mərhələsini yaşamaqdadır. Burada nəşr olunan belə nəşrlər qarşıdakı dövrlərdə Texnologiya Parkının fəaliyyətinə də böyük şaxələndirmə gətirəcəkdir. Xeyirli və uğurlu olsun.

Cavadxan Qasımov

Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru

Xəbər lenti